Bakı aeroportunda avtomobil yandı

saytların hazırlanması

Evə çatdırılma

Bakı aeroportunda avtomobil yandı

Hadisə

23 İyun 2023 22:11 718


İyunun 23-də axşam saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportunun vağzalyanı meydanında minik avtomobilində yanğın baş verib.

Yenisabah.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat Xidməti  məlumat yayıb.

Yanğın sürətlə yayılmağa başlayıb və yaxındakı avtomobilə keçib. Dördpendirli pizza

AZAL-ın tabeliyində olan Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının operativ tədbirləri nəticəsində yanğın söndürülüb və onun yaxınlıqdakı avtomobillərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!