Bakı bulvarından şok görüntülər - Video

saytların hazırlanması

Evə çatdırılma

Bakı bulvarından şok görüntülər - Video

Sosial

05 Dekabr 2024 21:55 1123


Sosial şəbəkələrdə şəhərin mərkəzində gəzən tülkünün görüntüləri yayılıb.

Adətən şəhərdən bir qədər kənar ərazilərdə gözə dəyən tülkülərə indi şəhərin mərkəzində, Dənizkənarı Milli Parkda da rast gələ bilərsiniz.

"Parkda tülkünün olması düzgün deyil. Bilmək olmaz, birdən ac olar, uşağın üzərinə cumar", - sakin Baku TV-yə deyib. pizza mizza

Məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsindən bildirilib ki, tülkü və ya buna bənzər canlılara rast gələndə bu zaman Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 "Çağrı Mərkəzi"nə müraciət edilir.

Nazirliyin aidiyyəti struktur bölmələri həmin canlıların bulvar ərazisindən müvafiq qaydada uzaqlaşdırılması istiqamətində zəruri addımlar atır. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə qeyd olunub ki, məsələdən artıq xəbərdardırlar. Nazirliyin nəzdində fəaliyyət göstərən Bioloji Müxtəlifliyin Qorunması Xidməti tərəfindən zəruri tədbirlər görüləcək.

Ətraflı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!