Bakı küçələri növbəti dəfə dezinfeksiya olundu - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Bakı küçələri növbəti dəfə dezinfeksiya olundu - Fotolar

Sosial

07 İyun 2020 17:05 943


Paytaxtda növbəti dəfə gücləndirilmiş dezinfeksiya işləri aparıldı

Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən Yenisabah.az-a daxil olan məlumata görə, Bu gün Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxdakı əsas küçə və prospektlərdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2000 nəfər əməkdaşının köməyi ilə artıq 5-ci dəfə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezindeksiya işləri həyata keçirilib. Bu işlərdə paytaxt küçələrində sərt karantin rejiminə nəzarəti həyata keçirən Daxili İşlər Nazirliyinin 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitələri də iştirak edib. 

Avropanın heç bir ölkəsində analoqu olmayan bu genişmiqyaslı tibbi dezindeksiya işləri zamanı şəhər mərkəzi və paytaxtın kənar rayonların 450-dən çox küçəsi xüsusi kimyəvi maddələrlə dezinfeksiya edilib.  Dominos pizza

Görülən bu işlər Bakı şəhərində sakinlərimizin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq  davam etdiriləcəkdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!