Binəqədi icra hakimiyyətinin tabeliyində olan idarə 5 milyon borclanıb

saytların hazırlanması

Evə çatdırılma

Binəqədi icra hakimiyyətinin tabeliyində olan idarə 5 milyon borclanıb

Sosial

21 Fevral 2025 15:14 2444


Binəqədi Rayon İcra Hakimiyyətinin tərkibində fəaliyyət göstərən birliyin külli miqdarda vergi borcu yaranıb.

Musavat.com xəbər verir ki, söhbət Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyindən gedir.

Birliyin bu gün üçün vergiyə yaranmış borcu 4 milyon 775 min manatdır. pizza

Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyi əhalinin mənzil-kommunal təsərrüfatının təkmilləşdirilməsi, əsaslı tikinti və təmir sahəsində abadlıq, tikinti, habelə mənzil fondunun və kommunal təyinatlı obyektlərin əsaslı təmiri, zibil daşınması, şəhər yollarının istismarı və cari təmiri, xiyabanların və qəbiristanlıq təsərrüfatının saxlanması və abadlığı, xidmət sahələrinin inventarlarla təchizatının təmin edilməsi, fəvvarələr və yeraltı keçidlərin istismarı və təmiri, şəhərin mənzil-kommunal təsərrüfatı ilə bağlı digər funksiyaları həyata keçirir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!