Bakı metrosu sabahdan belə işləyəcək - Rəsmi açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Bakı metrosu sabahdan belə işləyəcək - Rəsmi açıqlama

Sosial

07 İyun 2020 16:49 1996


Bakı metropoliteni sabahdan gücləndirilmiş iş rejimində çalışacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, iyunun 8-i səhər saat 06:00-dan etibarən metropolitenin bütün heyəti iş başında olacaq: “Səhər saat 06:00-dan etibarən optimal iş qrafikində hərəkət gücləndirilmiş rejimdə, metodiki göstərişlərə uyğun tələblər əsasında davam etdiriləcək. Pik saatlarda qatarların hərəkəti “Həzi Aslanov”-“28 may” xətti üzrə 2 dəqiqə intervalla olacaq. Gücləndirilmiş iş rejimi ilə əlaqədar əlavə işçi qüvvəsi ayrılıb, ehtiyat qatarlar hazır vəziyyətə gətirilib”. Toyuqlu pizza

B. Məmmədov bildirib ki, səhər saatlarında Nazirlər Kabineti yanında Operativ Qərargahın hər hansı əlavə göstəriş və tövsiyyələri olarsa, iş prinsipi həmin qaydalara uyğunlaşdırılacaq.   /Trend


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!