Bakı metrosunda iki qadın polislə dava etdi - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Bakı metrosunda iki qadın polislə dava etdi - VİDEO

Hadisə

07 İyul 2023 07:44 9943


Sərnişinlərlə polislər arasında düşən mübahisə əlbəyaxa davaya çevrilib.

“Yeni Sabah” "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, görüntülər ötən gün metronun ''Əhmədli'' stansiyasında çəkilib.

Daxili İşlər Nazirliyinin əməkdaşı Nurlan Əliyev deyir ki, polis əməkdaşları təhlükəsizlik qaydalarına uyğun olaraq sərnişin olan iki qadından əl çantalarını xüsusi yoxlama aparatına yerləşdirməyi tələb ediblər. pizza

“Hadisə də bundan sonra baş verib”.

Qeyd edək ki, iki ilə yaxındır ki, təhlükəsizliyin təmin edilməsi məqsədi ilə Bakı Metropoliteninin bütün stansiyalarının girişində çantaların yoxlanması üçün rentgen aparat qurulub.

Metropolitenə keçirilməsi qadağan olunan əşyalar bu cihazlar vasitəsi ilə aşkarlanır.

Daxili İşlər Nazirliyinin əməkdaşı deyir ki, əgər hər hansı bir sərnişindən qadağan edilmiş əşya aşkar edilərsə onun davranışlarına diqqət edilir.

Qeyd edək ki, saxlanılan şəxslər barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Daha ətraflı videoda:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!