Bakı metrosunda nə baş verir?   - RƏSMİ AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Bakı metrosunda nə baş verir? - RƏSMİ AÇIQLAMA

Sosial

03 May 2025 15:53 657


"Həzi Aslanov" və "Xalqlar dostluğu" stansiyaları istiqamətindəki şəhər şəbəkəsindən Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən "Bakı Metropoliteni" QSC-yə gələn yüksəkgərginlikli elektrik xətləri ilə enerjinin verilişində məhdudiyyətlər yaranıb.

Yenisabah.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, bu səbəbdən dərhal həmin istiqamətdən Bakı metropoliteninin elektrik təchizatını təmin edən dizel-generatorları qoşulmaqla qatarların hərəkəti təmin edilir: Marqarita pizza

"Qatarların hərəkətində qismən gecikmələr müşahidə olunur. Bakı metropoliteninin stansiyaları fəaliyyətini normal iş rejimində davam etdirir.

Sərnişinlərdən yaranmış vəziyyəti anlayışla qarşılamağı, istifadə qaydalarına və təhlükəsizlik tələblərinə əməl etməyi xahiş edirik".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!