Bu gün səhər saatlarında Bakı metrosunda qatarların hərəkətində yaranan problemlər bu dəqiqələrdə də davam edir.
“Yeni Sabah” xəbər verir ki, Yaşıl xətt üzrə "Dərnəgül" stansiyasından “Həzi Aslanov” istiqamətində gedən qatarlar ləngiyir.
İntervalın pozulması səbəbindən stansiyalarda və tunellərdə sərnişin sıxlığı yaranıb. Qatarların həm tunellərdə, həm də platformalarda normadan artıq dayanması müşahidə edilir. Sezar pizza
"Bakı Metropoliteni" QSC-dən bildirilib ki, "Nərimanov" elektrik deposunun yol sahələrində yüksək gərginliyin verilməsində yaranan qısamüddətli fasilə səbəbindən Qırmızı və Yaşıl xətlərdə qatarların hərəkət intervalında gecikmələr yaşanıb.
Qeyd olunub ki, "Bakmil" stansiyasının fəaliyyəti məhdudlaşıb.
Qurumun növbəti açıqlamasında qeyd edilib ki, "Nərimanov" elektrik deposu xəttlərinə yüksək gərginliyin verilməsi tam bərpa olunub. Qatarların xəttə daxil olması prosesi artıq başlanıb.
Məlumata görə, baş verən qısa fasilə səbəbindən hazırda qatarlararası intervalda müəyyən gecikmələr müşahidə olunub.
"Qrafikə uyğun fəaliyyətin bərpa olunması üçün xidmətlərimiz tərəfindən zəruri tədbirlər görülür və yaxın zamanda hərəkət tam normallaşdırılacaq. Sərnişinlərimizdən yaranmış müvəqqəti narahatlığa görə üzr istəyirik", - QSC-dən bildirilib.
Məlumata görə, "Nərimanov" elektrik deposu yollarına yüksək gərginlikli enerjinin verilməsi tam bərpa olunub. Hazırda "Bakmil" stansiyası fəaliyyətini tam bərpa edib.
Qeyd olunub ki, Yaşıl və Qırmızı xətlərdə qatarlararası intervallar qrafikə uyğun bərpa edilib. Qrafik üzrə 34 cüt/saat prinsipi ilə qatarlar fəaliyyət göstərir.
Aytac Əliyeva
Telegram kanalımız