Bakı metrosunda problem yarandı -   YENİLƏNDİ

saytların hazırlanması

Evə çatdırılma

Bakı metrosunda problem yarandı - YENİLƏNDİ

Hadisə

15 Dekabr 2025 09:16 1872


“Bakı Metropoliteni”ndə problem yaranıb.  

“Yeni Sabah” xəbər verir ki, yaşıl xəttin “Həzi Aslanov” stansiyasından “Dərnəgül” və “İçərişəhər” stansiyaları istiqamətində hərəkət edən qatarlar gecikib.

Bundan başqa, qatarlar stansiyalarda və tunellərdə məcburi şəkildə dayanır. Bu isə platformalarda sərnişin sıxlığına səbəb olur. Marqarita pizza

Problemin səbəbi məlum deyil. “Bakı Metropoliteni” məsələ ilə bağlı hələlik rəsmi açıqlama yaymayıb.

***

“Bakı Metropoliteni”ndə sərnişin sıxlığı səbəbilə hüdud xəttinin keçilməsi və qapıların tutularaq saxlanması müşahidə olunur. Nəticədə, qatarlar stansiyalara daha aşağı sürətlə daxil olur və platformalarda normadan artıq dayanır”. 

Bunu “Yeni Sabah”a açıqlamasında “Bakı Metropoliteni”nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, nəticədə arxadan gələn qatarlar da tunellərdə və stansiyalarda dayanmalı olur. bu isə qırmızı və yaşıl xətlər üzrə ümumi yubanmalara səbəb olub. Sərnişinlərimizdən xahiş edirik ki, yubanmalara yol verməmək üçün platformalarda təhlükəsizlik qaydalarına riayət etsinlər”.

B.Məmmədovun sözlərinə görə, günün pik saatlarında sərnişi sıxlığını aradan qaldırmaq üçün belə tənzimləmələr edilir:

“Bakı Metropoliteni”ndə hər gün qatarların “Neftçilər” stansiyasından geri qaytarılması baş tutur. Buraya “Memar Əcəmi” stansiyası da daxildir. Bunun məqsədi də sıxlığın aradan qaldırılmasınə nazərətdə saxlamaqdır. Həmin saatlarda “Neftçilər” metrostansiyasından “Koroğluya”, “Memar Əcəmi”dən isə “20 Yanvar”a boş qatarların hərəkəti tənzimlənir”.

Aydan Hacı


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!