Bakı metrosunda problem yaranıb, sərnişinlər düşürülüb

Bakı metrosunda problem yaranıb, sərnişinlər düşürülüb

Sosial

13 Yanvar 2023 08:56 445


Saat 7:26-da "Həzi Aslanov-İçərişəhər" marşrutu üzrə hərəkət edən qatarda nasazlıq ehtimalı ilə baxış keçirilməsi zərurəti yaranıb.

Milli.Az xəbər verir ki, təlimat tələblərinə uyğun, sərnişinlər düşürülüb və qatar "İçərişəhər" stansiyasında baxış-dayanma dalanı olmadığı üçün ən yaxın məntəqə kimi "Nərimanov" elektrik deposuna göndərilib. Əvəzinə depodan qatar verilib və xətlər üzrə ehtiyat qatar da hərəkət edib. Depoya göndərilən qatara baxış keçirilib, problem aşkarlanmayıb və marşrutlardan biri üzrə xəttə veriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!