Bakı-Naxçıvan-Bakı reysinə aviabiletlərin satışı dayandırıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakı-Naxçıvan-Bakı reysinə aviabiletlərin satışı dayandırıldı

Sosial

13 İyun 2020 21:36 1647


Ölkədə epidemioloji vəziyyətin davam etməsi ilə əlaqədar 7 iyuldan sonrakı tarixlərdə Bakıdan Naxçıvana və geri istiqamətdə reyslərə aviabiletlərin satışı AZAL aviaşirkətinin saytında müvəqqəti olaraq dayandırılır.

AZAL-dan Yenisabah.az-a verilən məlumata görə, satışın açılması barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.

Qeyd etməliyik ki, 7 iyul tarixinədək olan reyslərə alınan bütün aviabiletlər etibarlıdır, nəzərdə tutulan reyslər cədvəl üzrə yerinə yetiriləcək. Pepperoni pizza

Xatırladaq ki, Naxçıvana və geri istiqamətdə uçuşlar 18 iyun tarixindən həftədə iki dəfə - ikinci və dördüncü günlər yerinə yetiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!