Bakı polisi maska taxmayanları avtobusdan düşürdü - Video

saytların hazırlanması

Evə çatdırılma

Bakı polisi maska taxmayanları avtobusdan düşürdü - Video

Sosial

26 May 2020 22:08 958


Paytaxtın Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları maska taxmayan şəxslərə qarşı reyd keçirib.

Yenisabah.az xəbər verir ki, reyd zamanı belə şəxslər avtobuslardan düşürülüb. Onların temperaturu ölçülüb və maska paylanıb.

Kafe və restoran sahibləri ilə də profilaktik söhbətlər aparılaraq sosial məsafəyə əməl etmələri tapşırılıb. Dördpendirli pizza

Həmçinin, Bakı Nəqliyyat Agentliyi və Bakı Şəhər Baş Polis İdarəsi karantin rejimi qaydalarına riayət etməyən sərnişinlər arasında maarifləndirmə aksiyası keçirib. Tədbir çərçivəsində "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzində polis əməkdaşları və nəqliyyat könüllüləri tibbi maskadan istifadə etməyən vətəndaşlara tibbi maskalar paylayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!