Bakı polisindən paytaxta anası tərəfindən zorla gətirilən qızla bağlı AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Bakı polisindən paytaxta anası tərəfindən zorla gətirilən qızla bağlı AÇIQLAMA

Hadisə

16 Yanvar 2020 19:56 1351


"Rusiyadan anası tərəfindən zorla Bakıya gətirdiyi iddia olunan 18 yaşlı Sevgiya Sübhani İsmayılova Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının araşdırmaları nəticəsində müəyyən edilib".

"Yeni Sabah" xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev “Report”un sorğusuna cavab olaraq qeyd edib ki, gənc qız paytaxtda yerləşən sığınacaqlardan birinə yerləşdirilib.

"Hazırda Sevgiya Sübhani İsmayılova mühafizə altındadır. Sağlamlığı qaydasındadır. Bütün zəruri təbirlər görülüb, hüquqi yardım göstərilib", deyə E.Hacıyev bildirib. Toyuqlu pizza

Qeyd edək ki, Rusiya mətbuatının yazdığına görə, Krasnoyarsk sakini olan qadın lezbiyanlığını etiraf edən 18 yaşlı qızı Sevgiya Sübhani İsmayılovanı zorla Bakıya gətirərək, sənədlərini, telefonunu və antidepresantlarını əlindən alıb.

Milliyyətcə azərbaycanlı olan S.İsmayılova Rusiyanın Norilsk şəhərində dünyaya gəlib, ancaq Krasnoyarsk şəhərində yaşayıb. O, Krasnoyarsk Dövlət Tibbi Universitetində oxuyur. Ana ilə münaqişə qızın öz cinsi orientasiyasını elan etməsindən və sevgilisi barədə etiraflardan sonra başlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!