Bakı qəsəbəsində avtobus 1 saatdan artıq intervalla gəlir

saytların hazırlanması

Evə çatdırılma

Bakı qəsəbəsində avtobus 1 saatdan artıq intervalla gəlir

Sosial

19 Fevral 2025 17:17 615


Sakinlər Bakının iki qəsəbəsini birləşdirən avtobus xəttindən şikayətçidir.

Yenisabah.az xəbər verir ki, bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, söhbət Hövsan ilə Türkan qəsəbələri arasında işləyən 215 saylı marşrut avtobuslarından gedir. Günün istənilən saatı bu avtobusların intervalı 1 saatdan çox olur: Sezar pizza

"Əgər bir sərnişin avtobusu qaçırsa növbətinin gəlməsi üçün azı 1 saat gözləməli olur. Hər gün işə gedib-gələn biri olaraq çox əziyyət çəkirəm. Burda sakinlər qışın soyuğu, yayın istisi demədən avtobusu gözləyərkən çox vaxt itirir. Sürücülər iddia edir ki avtobus sayı azdır deyə vəziyyət belədir. İstərdik ki buna çarə tapsınlar", - deyə şikayətçi qeyd edib.  

Problemlə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət etdik. Qurumdan BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, məsələnin həlli ilə bağlı daşıyıcı şirkətə tapşırıqlar verilib:

"215 nömrəli marşrutun daşıyıcısına istismarında olan köhnə avtobusların müasir nəqliyyat vasitələri ilə əvəzlənməsi, marşrutun nizamlı fəaliyyətinin təmin edilməsi, günün pik saatlarında sərnişin sıxlığı yaranacağı təqdirdə  marşruta əlavə avtobusların cəlb edilməsi və hərəkət cədvəlinə riayət olunması barədə tapşırıq verilib", - AYNA-nın açıqlamasında qeyd olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!