Bakı sakini ondan polisə şikayət edən ata və anasını bıçaqladı   - MƏHKƏMƏ

saytların hazırlanması

Evə çatdırılma

Bakı sakini ondan polisə şikayət edən ata və anasını bıçaqladı - MƏHKƏMƏ

Kriminal

21 Fevral 2022 15:21 961


Bakıda ata və anasını bıçaqlamaqda təqsirləndirilən Fəqan Mustafayevə hökm oxunub və o, 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

"Report"un xəbərinə görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

İttiham aktına əsasən, hadisə 2021-ci ilin avqustun 30-da Yasamal rayonu, T.Şahbazi küçəsi, ev 78 ünvanında qeydə alınıb. Pepperoni pizza

Belə ki, paytaxt sakini, 1984-cü il təvəllüdlü F.Mustafayevin valideynləri aralarında şəxsi münasibətlər zəminində yaranan münaqişə ilə bağlı ondan Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə şikayət edib. Evə qayıdan F.Mustafayev atası və anasına ondan PB-nə şikayət etməsini irad bildirib. Atası F.Mustafayevə evdən çıxmasını təkid edib. Bu zaman onların arasında mübahisə düşüb. Nəticədə o, əvvəl atasını, sonra anasını bıçaqlayıb.

Xəstəxanaya çatdırılan yaralıların həyatını xilas etmək mümkün olub.

F.Mustafayev polis əməkdaşları tərfindən saxlanılıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!