Bakı sakinini döyüb 2000 manatını əlindən  aldılar 

saytların hazırlanması

Evə çatdırılma

Bakı sakinini döyüb 2000 manatını əlindən  aldılar 

Kriminal

20 Mart 2022 11:52 375


Bakı sakini döyülərək 2000 manatı əlindən alınıb.

Bu barədə "Yeni Sabah"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə martın 17-də rayon ərazisində 3 nəfərin Bakı şəhər sakini O.Rzayevi döyərək 2000 manat pul tələb etmələri barədə müraciət daxil olub. Dördpendirli pizza

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Mingəçevir şəhər sakinləri Ə.Nəsibov, S.Rəsulov və Bakı şəhər sakini F.Məmmədov müəyyən edilərək saxlanılıblar.

Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!