Bakı sakinini güllələyən şəxs tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Bakı sakinini güllələyən şəxs tutuldu

Kriminal

22 Fevral 2022 10:49 1737


Bakıda adam öldürməyə cəhd edən şəxs tutulub. 

Bu barədə "Yeni Sabah"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə fevralın 21-də saat 18 radələrində İ.Cavadovun güllə yarası ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub. Sezar pizza

Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən T.Məmmədov tutularaq istintaqa təhvil verilib. Ondan “Escort” markalı ov tüfəngi götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 29.120-ci maddəsi (Qəsdən adam öldürməyə cəhd) ilə cinayət işi başlanılıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!