Bakı-Tbilisi-Batumi aviareysi açılacaq

saytların hazırlanması

Evə çatdırılma

Bakı-Tbilisi-Batumi aviareysi açılacaq

Rəsmi

18 Dekabr 2019 17:53 1109


"Gələn il Gürcüstan və Azərbaycan arasında yeni aviareys açılacaq".

"Yeni Sabah" xəbər verir ki, bunu Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze bildirib.

Onun sözlərinə görə, Azərbaycanın aviaşirkətlərindən biri Bakı-Tbilisi-Batumi reysini yerinə yetirməyə başlayacaq. Dördpendirli pizza

Səfir deyib ki, iki ölkə arasında vahid turist paketlərinin hazırlanması istiqamətində işlər davam etdirilir: "Bu paket çərçivəsində ziyarətçilər həm Gürcüstan, həm də Azərbaycana səfər edərək hər iki ölkənin mədəniyyəti və adət-ənənələri ilə tanış olmaq imkanı əldə edəcəklər".

Z.Pataradze qeyd edib ki, vahid turpaketlər Gürcüstan və Azərbaycana səfər edən turistlərin sayının artmasına təsir edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!