Bakı və Bişkək arasında Niyyət Protokolu imzalandı

saytların hazırlanması

Evə çatdırılma

Bakı və Bişkək arasında Niyyət Protokolu imzalandı

Siyasət

14 Oktyabr 2024 18:49 805


Azərbaycan və Qırğızıstan arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında memorandumun həyata keçirilməsinə dair Niyyət Protokolu imzalanıb.

Yenisabah.az Report-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın Təbii Sərvətlər, Ekologiya və Texniki Nəzarət Nazirliyi məlumat yayıb.

Protokolu Azərbaycanın təbii sərvətlər və ekologiya naziri Muxtar Babayev və Qırğızıstanın təbii sərvətlər, ekologiya və texniki nəzarət naziri Meder Maşiyev Bakıda keçirilən Pre-COP29 tədbiri çərçivəsində imzalayıblar. pizza sifarişi

“Azərbaycan tərəfi Pre-COP29-da iştirakına görə Qırğızıstana minnətdarlığını bildirib və gələcək səmərəli əməkdaşlığa hazır olduğunu qeyd edib. Öz növbəsində, Qırğızıstan tərəfi görüşə görə M.Babayevə təşəkkür edib və ona COP29 kimi irimiqyaslı tədbirin keçirilməsində uğurlar arzulayıb”, - məlumatda bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!