Bakı və İrəvan bu siyahıda liderdir

saytların hazırlanması

Evə çatdırılma

Bakı və İrəvan bu siyahıda liderdir

Siyasət

13 Avqust 2024 00:31 832


Keçmiş SSRİ məkanında hərbi xərclərə ən çox pul ayıran ölkələr Azərbaycan və Ermənistandır.

Yenisabah.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu nəticə İqtisadiyyat və Sülh İnstitutunun hazırladığı “Militarlaşmanın müasir trendləri” hesabatında yer alıb.

Məlumata görə, Ermənistan ümumdaxili məhsulunun 4,2%-ni, Azərbaycan isə 3,8%-ni hərbi xərclərə ayırır. Gürcüstanda bu göstərici cəmi 1,3% təşkil edib. Pepperoni pizza

Azərbaycanın qonşuları olan Rusiyada hərbi xərclər ÜDM-nin 2,4%-ni, Türkiyədə 0,7%-ni, İranda isə 2,2%-ni təşkil edib.

Dünyada bu məsələ üzrə əsas lider isə Şimali Koreya sayılır. Pxenyanın hərbi xərcləri ÜDM-sinin 24%-ni təşkil edib. Əfqanıstanda bu göstərici 10%, Omanda isə 5,9% olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!