Bakıda 3 kiloya yaxın qızılın sahibi tapılmır

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 3 kiloya yaxın qızılın sahibi tapılmır

Hadisə

07 Yanvar 2026 01:46 2239


Dövlət Gömrük Komitəsi "daşınar əşyanın sahibsiz hesab edilməsi"nə dair ərizə ilə məhkəməyə müraciət edib.

"Yeni Sabah" xəbər verir ki, DGK ümumi dəyəri 250.682,20 manat olan 585 əyarlı qızıldan hazırlanmış və ümumi çəkisi 2705 qram təşkil edən 7 ədəd rezinli qızıl qolbaq, 33 ədəd halqa qolbaq, 92 ədəd qolbaq, 40 ədəd boyunbağı, 45 ədəd boyunbağının sahibsiz elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş edib.

İddia tələbi onunla əsaslandırılıb ki, Dövlət Gömrük Komitəsinin saxlancına təhvil verilmiş və hazırda Komitənin saxlancında saxlanılan qızıl-zinət əşyalarının sahibləri müəyyən olunmayıb. pizza hut

Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının "Azərekspertiza" Birliyinin tədqiqatına təqdim edilmiş malların faktiki bazar dəyərinin ümumilikdə 250.682,20 manat olması müəyyən edilib.

DGK-dən məhkəməyə təqidm olunan ərizə təmin edilib. Qərara əsasən, 250 min manatlıq qızıl sahibsiz hesab olunub. /Teleqraf


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!