Bakıda 300 manatlıq cərimənin tətbiqinə başlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 300 manatlıq cərimənin tətbiqinə başlanıldı

Sosial

02 Aprel 2025 12:41 16383


Ötən ildən etibarən tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği artırılıb.

Milli.Az xəbər verir ki, həmin qaydaya əsasən tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği 50 manatdan 300 manata qaldırılıb.

Lakin vətəndaşların bu məsələdə məlumatsız olmaları onların yüksək məbləğdə cərimələnmələri ilə nəticələnir.  Marqarita pizza

Redaksiyamıza müraciət edən paytaxt sakini bildirib ki, qanuna dəyişiklikdən xəbərsiz olub, Yasamal rayonu ərazisində siqaret çəkib və siqaret kötüyünü yerə atıb. Bundan sonra polis əməkdaşları ona yaxınlaşıblar və protokol tərtib olunub, 300 manat cərimələnib. 

Xatırladaq ki, qanuna əsasən eyni əməlin bir il ərzində təkrar törədilməsinə görə 700 manat məbləğində cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 60 saatdan 100 saatadək ictimai işlər tətbiq olunur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Aləmşah Beyim
    Cərimə tətbiqinin böyük tərbiyə gücünün olacağına inanıram. O həsəd apardığımız ölkələr cərimə tətbiqi ilə bu duruma gəlib çatıb
    1 year ago