Bakıda 49 yaşlı usta tikintidən yıxılıb öldü

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 49 yaşlı usta tikintidən yıxılıb öldü

Hadisə

27 Oktyabr 2021 11:20 686


Oktyabrın 25-i saat 13 radələrində 1972-ci il təvəllüdlü İqram Dervişov işlədiyi yerdə almış olduğu xəsarət nəticəsində xəstəxanada ölüb. 

Prokurorluqdan Yenisabah.az-a verilən məlumata görə, İqram Dervişov Suraxanı rayonu ərazisində yerləşən “Xəyal Adaları” yaşayış kompleksindəki fitness-spa mərkəzi üçün nəzərdə tutulmuş tikilidə suvaq-təmir işlərini görən zaman üzərində dayandığı 2 metr hündürlüyündəki ayaqaltıdan yerə yıxılıb.

Nəticədə baş nahiyəsindən almış olduğu xəsarətdən xəstəxanada ölüb. Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Dominos pizza

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!