Balaxanı qəsəbəsi, Həsən Əliyev küçəsində yaşayan 1970-ci il təvəllüdlü Məmmədov Qəhrəman Məmməd oğlu iyulun 14-də evdən çıxaraq itkin düşüb.
Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, bu barədə onun yaxınları Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə müraciət edib.
Qəhrəman Məmmədov evdən çıxarkən əynində göy rəngli cins şalvar, yaşıl rəngli qısaqol köynək və qara rəngli ayaqqabı olub. Boyu 175-sm, saçlarının rəngi ağ, gözlərinin rəngi qəhvəyidir. Q.Məmmədov arıq bədən quruluşludur. pizza mizza
Yaxınlarının polisə verdiyi məlumata görə itkin düşən şəxs ruhi-əsəb xəstəsidir və Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən ruhi-əsəb dispanserində qeydiyyatdadır.
Telegram kanalımız