2019-2020-ci tədris ilində Təhsil Nazirliyi tərəfindən paytaxt məktəblərində təhsil alan 58 674 nəfər V və IX sinif şagirdi üçün diaqnostik qiymətləndirmə keçirilib.
Yenisabah.az Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən xəbər verir ki, diaqnostik qiymətləndirmə V siniflər üzrə 28 830, IX siniflər üzrə 29 844 məktəblini əhatə edib.
Hər imtahan fənni üzrə şagirdlərin göstərdikləri nəticələr təhlil edilib. İbtidai sinif müəllimlərinin işinin qiymətləndirilməsi, eləcə də zəif göstəricilərə malik şagirdlərin təlim nailiyyətlərinin yaxşılaşdırılması üçün davamlı tədbirlərin görülməsi məqsədilə monitorinq keçirilib. pizza
Monitorinqə Bakı şəhəri üzrə 218 məktəbdən 28 830 şagird cəlb edilib. Monitorinqlərin nəticələri ümumi təhsil müəssisələrinin rəhbərləri ilə birlikdə təhlil edilib.
Telegram kanalımız