Bakıda adam oğurlayanlara ağır cəza verildi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda adam oğurlayanlara ağır cəza verildi

Kriminal

21 İyun 2022 13:39 1202


Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda təqsirləndirilən dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Yenisabah.az-ın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən Vidadi Məlikov 14 il, Rəşad Hüseynov və Zamin Hüseynov 11 il, Şahnaz İbrahimova 10 il, Mirməhəmməd Qədirov və Elçin Babayev isə 9 il azadlıqdan məhrum edilib. Dominos pizza

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 145.2.5( 145.2.5-ci (qanunsuz azadlıqdan məhrum etmə) maddəsi ilə təqsirli biliniblər. Cinayət işi üzrə 3 nəfər zərərçəkmiş qismində tanınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!