Bakıda avtobus qəzası: Xəsarət alan var

saytların hazırlanması

Evə çatdırılma

Bakıda avtobus qəzası: Xəsarət alan var

Hadisə

17 Yanvar 2022 17:12 1069


Paytaxtın Şeyx Şamil küçəsində fiziki şəxs Malik Orucovun müvəqqəti istismarında olan 77 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi qeydə alınıb.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Yenisabah.az-a verilən məlumata görə, sərnişin avtobusu yoldan çıxaraq ağaca dəyib. Qəza zamanı avtobusda sərnişin olmayıb və xəsarət alan yoxdur. 

Rəsmi məlumata görə, digər yol nəqliyyat hadisəsi isə Binəqədi şossesi Binəqədi kəndi istiqamətində olub. “Çinar Trans” MMC-nin müvəqqəti istismarında olan 133 və 165 nömrəli müntəzəm marşrut xətti üzrə iki avtobus toqquşub. Daşıyıcı şirkət “Çinar Trans” MMC-dən verilən məlumata görə hadisə nəticəsində 1 nəfər xəsarət alıb.  Toyuqlu pizza

Hazırda hər iki hadisə ilə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən müvafiq araşdırma aparılır. Daşıyıcı şirkətlərin rəhbərliyi Agentliyə çağırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!