Ötən gün axşam saatlarında paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsi ilə Molla Pənah Vaqif küçəsinin kəsişməsində avtomobil qəfildən alışıb yanıb.
Bu barədə “Yeni Sabah”a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Yanğının söndürülməsinə polis əməkdaşları tərəfindən ilkin müdaxilə edilib. Bununla yanaşı, kəsişmədə yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin etmək və yanğınsöndürənlərin hadisə yerinə manesiz və təhlükəsiz şəkildə yaxınlaşması üçün zəruri şərait yaradılıb. pizza mizza
Yanğın qısa müddət ərzində söndürülüb.
Telegram kanalımız