Bakıda avtomobil öz-özünə hərəkət etdi, qəza törətdi -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Bakıda avtomobil öz-özünə hərəkət etdi, qəza törətdi - VİDEO

Hadisə

15 Dekabr 2025 15:07 450


Bu gün səhər saatlarında paytaxtın Xətai rayonu, Gəncə prospekti ilə 8 Noyabr prospektinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə “Yeni Sabah”a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib. 

İlkin ehtimala görə səkidə park edilən avtomobil içərisində sərnişin ola-ola qəfil hərəkətə başlayaraq yolda olan svetofora çırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da, 1 ədəd üzərində piyada bölmələri olan nəqliyyat svetoforu yararsız vəziyyətə düşüb. Sıradan çıxan svetoforun yenisi ilə əvəz edilməsi işləri görülür. pizza mizza

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə xatırladır ki, “Yol hərəkəti haqqında” Qanunun 52-ci maddəsinə əsasən nəqliyyat vasitəsini duracağa qoyduqda sürücü mühərriki söndürməli, duracaq tormoz sistemini qoşmalı, təkərləri səkiyə və ya yolun qırağındakı başqa maneəyə tərəf çevirməli və qapıları kilidləməlidir. Sürücülərə tövsiyə olunur ki, nəqliyyat vasitəsini park edərkən sadə təhlükəsizlik qaydalarına əməl etsinlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!