Bakıda avtomobili piyadaların üstünə sürən şəxs həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda avtomobili piyadaların üstünə sürən şəxs həbs edildi

Hadisə

12 Aprel 2023 21:53 1269


Paytaxtın Nərimanov rayonunda avtomobili piyadaların üstünə sürən sürücüyə 20 sutka həbs qərarı çıxıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.

Polis mayoru bildirib ki, sürücü 1984-cü il təvəllüdlü Məmmədov Emil Fəxrəddin oğlu barədə toplanan materiallar Nərimanov rayon məhkəməsinə təqdim edilib: pizza mizza

“Nərimanov Rayon Məhkəməsi sürücünü İnzibati Xətalar Məcəlləsinin (İXM) 510-cu və 535-ci maddələri ilə təqsirli bilərək, barəsində 20 sutka inzibati həbs qərarı verib”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!