Bakıda azyaşlı diqqətsizliyin qurbanı oldu - Növbəti HOVUZ FACİƏSİ

saytların hazırlanması

Evə çatdırılma

Bakıda azyaşlı diqqətsizliyin qurbanı oldu - Növbəti HOVUZ FACİƏSİ

Hadisə

21 İyul 2023 08:27 1043


Bakının Xətai rayonunda 8 yaşlı oğlan ehtiyyatsızlıqdan hovuzda boğularaq xəstəxanaya yerləşdirilib.

“Yeni Sabah” Lent.az-a istinadən bildirir ki, hadisə Seyid Əzim Şirvani küçəsində baş verib.

Belə ki, 2015-ci il təvəllüdlü Şirinzadə Bəşir Əfqan oğlu hovuzda ehtiyyatsızlıqdan boğulub. O, sudan çıxarılaraq xəstəxanaya yerləşdirilib. Dördpendirli pizza

Hazırda azyaşlı xəstəxananın reanimasiya şöbəsindədir. Vəziyyəti ağır olaraq qiymətləndirilir.

Faktı Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin əməkdaşları araşdırır.

Xatırladaq ki, bir neçə gün əvvəl paytaxtda 3 yaşlı uşağın boğulma faktı qeydə alınmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!