Bakıda bank kartlarından oğurluq edənlər saxlanılıblar

saytların hazırlanması

Evə çatdırılma

Bakıda bank kartlarından oğurluq edənlər saxlanılıblar

Kriminal

12 Sentyabr 2025 14:30 276


Paytaxtın Nəsimi və Yasamal rayonlarında vətəndaşların birinin avtomobilindən, digərinin isə evindən bank kartları oğurlanaraq hesablarındakı 2 min 355 manat talanıb.

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu barədə zərərçəkən şəxslər polis orqanlarına məlumat veriblər. Marqarita pizza

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-texniki tədbirlərlə cinayət əməllərini törətməkdə şübhəli bilinən 42 yaşlı E. Həsənova və əvvəllər məhkum olunmuş 37 yaşlı H. Süleymanov saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!