Bakıda bu yollarda qəzalar oldu, sıxlıq yarandı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Bakıda bu yollarda qəzalar oldu, sıxlıq yarandı - Fotolar

Sosial

23 Fevral 2025 15:44 259


Hal-hazırda paytaxtın bəzi küçə və prospektlərində yolların sürüşkən olması səbəbindən qəzalar baş verib və nəqliyyat sıxlığı yaranıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Məlumata görə, yaranan sıxlığın aradan qaldırılması istiqamətində yol polisi ilə birgə təxirəsalınmaz tədbirlər görülür. Pepperoni pizza

Hazırda aşağıdakı yollarda sıxlıq var:

1. Binəqədi rayonu, Bakı Dairəvi yol, Beynəlxalq Avtovağzalın yaxınlığı, Biləcəri qəsəbəsi istiqamətində yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb;

2. Nizami rayonu, Heydər Əliyev prospekti, "ASK Arena"nın qarşısı, mərkəz istiqamətində yol-nəqliyyat hadisəsi baş verib; sıxlıq yaranıb;

3. Binəqədi rayonu, Bakı-Sumqayıt şosesi, yol hər iki istiqamətdə sıxlıq var;

4. Nərimanov rayonu, Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsi, “20 Yanvar” m/st istiqamətində sıxlıq var.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!