Bakıda daha bir məktəbdə kütləvi zəhərlənmə

saytların hazırlanması

Evə çatdırılma

Bakıda daha bir məktəbdə kütləvi zəhərlənmə

Hadisə

20 Aprel 2023 08:12 1013


Aprel ayı ərzində Bakı məktəblərində ikinci kütləvi zəhərlənmə hadisəsi baş verib.

Dünən Binə qəsəbəsində yerləşən 149 saylı orta məktəbdə 15 şagirdin zəhərlənməsi diqqətləri bu məktəbə yönəldib.

149 saylı məktəbin direktor müavini Namiq Ələkbərov "Xəzər Xəbər"ə açıqlamasında bildirib ki, zəhərlənməyə səbəb məktəb bufetində satılan qidalar olmayıb. pizza hut

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov isə bildirib ki, 149 saylı məktəbdən xəstəxanaya 15 şagird gətirilib.

Qida Təhlükəsizliyi Agentliyi isə bu gün məktəbdə yoxlamalara başlayıb. Agentlikdən bildirdilər ki, hazırda qurumun mütəxəssisləri hadisənin qeydə alındığı məktəbdədirlər. Yoxlamaların nəticəsi barədə əlavə məlumat veriləcək. Baş vermiş hadisə ilə bağlı Xəzər Rayon Polis Şöbəsində araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!