Paytaxtın Binəqədi rayonunda yanğın qeydə alınıb.
Yanğın 7-ci mikrorayonda yerləşən yataqxanaların birində qeydə alınıb. Yataqxanada bir müddət əvvələ qədər məcburi köçkünlər yaşayıb. Onların bir qismi Qobu qəsəbəsinə köçürülüb. Hazırda binada 10-a yaxın ailə yaşayır. Yanğın binanın 4-cü mərtəbəsində qeydə alınıb.
Xəbərə görə, naməlum şəxslər binanın 4-cü mərtəbəsində qeyri-müəyyən şəraitdə yanğın törədiblər. Nəticədə həmin mərtəbənin dəhlizində taxta divar və döşəmə yanıb. pizza
Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidməti əməkdaşlarının səyi nəticəsində yanğının mənzillərə keçməsinin qarşısı alınıb.
ONA
Telegram kanalımız