Bakıda DƏHŞƏT: 36 yaşlı kişinin çürümüş meyiti tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda DƏHŞƏT: 36 yaşlı kişinin çürümüş meyiti tapıldı

Kriminal

17 May 2022 09:42 940


Nərimanov rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlərlə” açılması təmin edilib. 

Rayon prokurorluğundan Yenisabah.az-a verilən məlumata görə, mayın 6-ı saat 11 radələrində Nərimanov rayonu, Atatürk prospektində yerləşən mənzildə 1986-cı il təvəllüdlü Şamil Əliyevin üzərində kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətlər olan və çürüməyə məruz qalmış meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Dominos pizza

Toplanmış ilkin sübutlar nəticəsində cinayət əməlininin 1989-cu ildə Bakı şəhərində anadan olmuş Emil Ağayev tərəfindən 23 aprel 2022-ci ildə törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Emil Ağayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə istintaq davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!