Bakıda DƏHŞƏT: 80 yaşlı kişinin əl-qolunu bağlayıb...

saytların hazırlanması

Evə çatdırılma

Bakıda DƏHŞƏT: 80 yaşlı kişinin əl-qolunu bağlayıb...

Kriminal

11 Aprel 2022 10:52 271


DİN-in “102 - Zəng Mərkəzi”nə aprelin 10-da saat 2 radələrində Biləcəri qəsəbəsində yaşayan 80 yaşlı N.Əlimuradovun yaşadığı evə girən 2 nəfərin onun əllərini iplə bağlayıb 260 manat pulunu və ərzaq mallarını talamaları barədə məlumat daxil olub. 

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Yenisabah.az-a verilən məlumatda bildirilib.

Qeyd edilib ki, Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər oğurluğa görə məhkum olunmuş şəxslər - Kürdəmir rayon sakini İkram Məmmədov və Yevlax rayon sakini Tarıyel Vəliyev müəyyən edilərək saxlanılıblar. pizza hut

Rəsmi məlumata görə, hazırda faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!