Bakıda DƏHŞƏT: Anasına mesaj yazan kişini... -   ŞOK TƏFƏRRÜAT

saytların hazırlanması

Evə çatdırılma

Bakıda DƏHŞƏT: Anasına mesaj yazan kişini... - ŞOK TƏFƏRRÜAT

Kriminal

07 Oktyabr 2022 16:31 4761


Bakı Ağır Cinayətlər Məhkəməsində anası və xalasına mesaj yazan qonşusu Nair İmaməliyevi bıçaqlayan 2004-cü il təvəllüdlü Orxan Hacıverdiyevə hökm oxunub.

Yenisabah.az xəbər verir ki, hadisə bu ilin aprelin 11-də Yasamal rayonunda baş verib.

Araşdırmalar zamanı məlum olub ki, Nair İmaməliyev Orxan Hacıverdiyevin evində təmirçi olaraq çalışıb. Hadisədən bir neçə gün öncə N. İmaməliyevin oğlu Orxan Hacıverdiyevlə görüşüb və bildirib ki, atasının Orxanın anası Ülkərə telefonda sevgi mesajları yazdığını görüb. Toyuqlu pizza

Orxan bunu dəqiqləşdirmək üçün telefonunu gizlincə götürüb. Həmin vaxt Nair evdə təmir işləri aparırmış.

Demə, Nair Orxanın ərdə olan xalası Naidəyə də zəng edirmiş.

Aprelin 11-i günü o, qisas məqsədi ilə Nairi Yasamal qəbiristanlığının qarşısına çağırıb. Nairdən mesajları və zəngləri soruşduqda o, əməlini etiraf edib. Bundan qəzəblənən yeniyetmə cibindən bıçaq çıxararaq qonşusuna 3 dəfə xəsarət yetirib. Sonra yerdən taxta parçası götürərək 2 dəfə baş nahiyəsindən zərbə endirib.

Məhkəmə Orxan Haciverdiyevi Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilib. O, 3 il müddətinə azadlıqdan məhrum edilib.

Nəzrin Cavadzadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!