Bakıda dəhşətli yol qəzası:   Üç nəfər yanaraq öldü - Yenilənib

saytların hazırlanması

Evə çatdırılma

Bakıda dəhşətli yol qəzası: Üç nəfər yanaraq öldü - Yenilənib

Hadisə

30 Aprel 2023 23:54 1753


Binəqədidə baş verən qəzada ölənlərin sayı üçə çatıb.

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, FHN-in xüsusi riskli xilasetməl xidməti həlak olan üçüncü şəxsin cəsədini yanmış avtomobildən çıxarıb.

*** Marqarita pizza

Bu gün saat 21:14 radələrində paytaxtın Binəqədi rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Baş DYP İdarəsindən Yenisabah.az-a verilən məlumata görə, “VAZ 2107” markalı nəqliyyat vasitəsi iki “Mercedes” markalı nəqliyyat vasitələri ilə toqquşaraq aşıb.

Toqquşma nəticəsində “VAZ 2107” markalı avtomobildə baş vermiş yanğın zamanı sürücü və sərnişin hadisə yerində həlak olub. Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!