Bakıda fiziki zorakılığa məruz qalan uşaq sığınacağa yerləşdiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Bakıda fiziki zorakılığa məruz qalan uşaq sığınacağa yerləşdiriləcək

Kriminal

01 Sentyabr 2025 17:50 469


Yetkinlik yaşına çatmayan şəxsin fiziki zorakılığa məruz qalması ilə bağlı Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsində hazırda təhqiqat araşdırması aparılır.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bunu DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib.

Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin edilib: Dominos pizza

"Qəyyumluğun ləğv edilməsi və uşağın sığınacağa yerləşdirilməsilə üçün aidiyyəti dövlət qurumları ilə zəruri işlər görülür".

Sabunçu rayonunda xalanın azyaşlı bacısı oğluna işgəncə verməsi barədə görüntülər yayılıb. Azyaşlının ata-anasının vəfat etdiyi, xalasının himayəsində yaşadığı bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!