Səbail rayonunda talama cinayəti qeydə alınıb.
Yenisabah.az xəbər verir ki, bir qrup şəxs paytaxt ərazisində yerləşən ictimai iaşə obyektlərinin birində qonaq qismində olan 2 nəfəri kəsici-deşici alətlə hədələyərək onların 800 manatını ələ keçirib.
Soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 37 yaşlı Emil Həsənov və 35 yaşlı Şəhriyar Məmmədov saxlanılıblar. Araşdırmalarla müəyyən edilib ki, onlar arasında hesab ödəmək üstündə yaranan mübahisə sonradan açıq talam yolu ilə pul vəsaitinin ələ keçirilməsi ilə nəticələnib. pizza hut
Faktla bağlı Cinayət Məcəlləsinin soyğunçuluq maddəsi ilə cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib.
Telegram kanalımız