Bakıda generalın restoranı cərimələndi - Səbəb

saytların hazırlanması

Evə çatdırılma

Bakıda generalın restoranı cərimələndi - Səbəb

Hadisə

12 Noyabr 2021 19:07 1321


Noyabrın 10-da ölkə üzrə 402 ictimai iaşə obyektində 690 monitorinq keçirilib.

AQTA-dan məlumata görə, keçirilən monitorinqlər zamanı 2 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələrindən biri Bakı şəhəri, Yasamal ‎‎rayonu, H. Zərdabi pr., ev 20 ünvanında yerləşən, hüquqi şəxs "XS-500 Group” MMC-yə məxsus "Atlantis” restoranıdır. Sezar pizza

Manset.az-ın məlumatına görə,  AQTA tərəfindən cərimələnən "Atlantis” restoranı keçmiş millət vəkili, ehtiyatda olan general-leytenant Əliağa Hüseynova məxsusdur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!