Nazirlikdən Bakını bürüyən kəskin üfunət qoxusu ilə bağlı   AÇIQLAMA - YENİLƏNİB

saytların hazırlanması

Evə çatdırılma

Nazirlikdən Bakını bürüyən kəskin üfunət qoxusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB

Sosial

06 İyul 2020 23:45 1431


Bakı şəhərinin Nərimanov və Binəqədi rayonlarında ətrafa kəskin iy-qoxunun yayılması ilə bağlı ETSN-nin mütəxəssisləri tərəfindən araşdırma aparılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Oxu.Az-ın soğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, iy-qoxunun son günlər müşahidə edilən yüksək temperaturun və durğun hava şəraitinin üstünlük təşkil etməsi səbəbindən kanalizasiya sularının axıdılığı Böyük Şor gölündən yayıldığı ehtimal edilir. pizza hut

Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Vasif Əliyev qeyd edib ki, mütəxəssislərimiz tərəfindən sözügedən ərazidə monitorinq keçirilib, atmosfer havasından nümunələr götürülüb. Sabah bu barədə daha dəqiq məlumat veriləcək.

***

Hazırda Bakının bəzi ərazilərində havadan üfunət iyi gəlir.

Yenisabah.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə də geniş müzakirələr gedir.

Müxtəlif istifadəçilərin bildirdiklərinə görə, qoxu daha çox 3, 6, 7, 8, 9-cu mikrorayonlar, Dərnəgül, Nərimanov metrostansiyaları ətrafında, eləcə də şəhərin digər ərazilərində hiss olunur. Hiss edilən qoxunun kəskin olması hər kəsi narahat edib.

Qoxunun səbəbi haqda açıqlama verilməyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!