Bakıda həkimlərin otaqlarından oğurluq edən şəxs saxlanılıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 7-də və 14-də rayon ərazisindəki dispanserlərin birində həkimlərin otaqlarından notbuk və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ə.Nəsirli müəyyən edilərək saxlanılıb. Pepperoni pizza
Araşdırma aparılır.
Telegram kanalımız