Bakıda hər yer dezinfeksiya olunur - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Bakıda hər yer dezinfeksiya olunur - Fotolar

Sağlamlıq

21 Mart 2020 10:41 1846


Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. 

“Yeni Sabah” xəbər verir ki, paytaxtda bu xəstəliyə yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə paytaxtın kommunal xidmətlərinin kollektivləri xüsusi gücləndirilmiş iş rejiminə keçərək Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq dezinfeksiya tədbirlərinin həyata keçirilməsini davam etdirirlər. 

Kommunal xidmətlər tərəfindən yaşayış ərazilərində görülən işlərlə yanaşı, Bakı Şəhər Ticarət və Xidmət Departamenti tərəfindən  ictimai iaşə və ticarət mərkəzlərində,  bazarlarda, mollarda müvafiq işlər aparılır, əlavə qabaqlayıcı və maarifləndirici tədbirlər görülür.  Toyuqlu pizza

Bununla əlaqədar xüsusi yaradılmış monitorinq qrupları mütəmadi olaraq paytaxt rayonlarında çatışmazlıqları, pozuntuları müəyyən edilməsi məqsədi ilə monitorinqlər aparır və onların aradan qaldırılması ilə bağlı təcili tədbirlər həyata keçirir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!