Xətai və Suraxanı rayonunun daimi su təchizatında problem yaranıb. Redaksiyamıza müraciət edən sakinlər gün ərzində suyun verilməsində yaranan fasilənin onlar üçün çətinlik törətdiyini bildiriblər.
Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən "Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, problem yay aylarında suya tələbatın artması ilə əlaqədardır:
“Payız, qış və yazda 24 saat su alan bəzi ərazilər var. Buraya, əsasən, Sabunçu,Binəqədi, Abşeron, Suraxanı rayonlarının bəzi əraziləri daxildir. Yay aylarında suya tələbat artdığından və həmin ərazilərdə fərdi şəbəkələrin diametri kiçik olduğundan artan tələbatı tam ödəmir. Eyni zamanda həmin ərazilər anbarlardan uzaq məsafədə yerləşdiyindən su çatışmazlığı müəyyən qədər ola bilir. Bildirim ki, burada xətlərin standartlara uyğun olmaması mühim rol oynayır. Çünki onlar insanlar tərəfində primitiv qaydada çəkilib. Məhz belə ərazilərdə müvəqqəti olaraq fasiləli rejim tətbiq edilir, yəni insanlar qrafiklə su alır”. pizza hut
Həmsöhbətimiz həmçinin qeyd edib ki, Bakı ətrafı ərazilərdə, bağ massivlərində, həyət evlərində insanlar sudan israfçılıqla istifadə edirlər. Onların sudan daha çox suvarma məqsədilə istifadə etməsi də su təchizatının pisləşməsinə, fasiləsiz su alan insanların artıq qrafiklə su almasına gətirib çıxarır: "Bunları nəzərə alan həmin abonentlərimizdən xahiş edirik ki, israfçılığa yol verməsinlər. Payızda, havalar sərinləyəndə tələbat azalacaq və fasiləsiz təminat qaydasına düşəcək".
Sayad Həsənli
Telegram kanalımız