Bakıda insanlara məcburi dana saxladan şəxsə 7 il 6 ay cəza verildi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda insanlara məcburi dana saxladan şəxsə 7 il 6 ay cəza verildi

Kriminal

05 Aprel 2022 15:14 480


Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Fazil İsmayılovun Pirşağı qəsəbəsində yerləşən heyvandarlıq təsərrüfatında Azərbaycan Respublikası vətəndaşlarını məcburi əməyə məruz qoyması faktı aşkar edilib. 

DİN-in Mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, o, şübhəli şəxs qismində tutulub.

 Faktla bağlı Cinayət Məcəlləsinin 144-1.2.1, 144-2.2.1, 144-1.2.2, 144-2.2.3 və 144-2.2.4-cü maddələri ilə (məcburi əmək) maddələri ilə başlanılmış cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlət Məhkəməsinə göndərilib. pizza mizza

Məhkəmənin hökmünə əsasən F.İsmayılov Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə təqsirli bilinərək 7 il 6 ay müddətə azadlıqdan məhrum edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!