Bakıda karantin mənzərələri: Avtobus çatışmır, ya sərnişin çoxdur? - Video

saytların hazırlanması

Evə çatdırılma

Bakıda karantin mənzərələri: Avtobus çatışmır, ya sərnişin çoxdur? - Video

Sosial

17 Aprel 2020 23:45 627


Karantin rejimində bir çox insan ya işə gedir, ya da SMS icazə ilə çölə çıxır. Vaxtlarının əsas hissəsini isə avtobus gözləməklə keçirirlər. Bu da öz növbəsində sıxlığa, insanların toplaşmasına səbəb olur.

Yenisabah.az xəbər verir ki, karantin rejimi başlayandan sıxlığı aradan qaldırmaq üçün mərhələli şəkildə, əvvəlcə metronun iş rejimini qısaldıldı, daha sonra tamamilə bağlanıldı. Güc düşdü şəhərdaxili avtobusların üzərinə.

Düzdür, xətlərə əlavə ekspress avtobuslar əlavə olundu, amma bu yenə də sıxlığı aradan qaldırmadı. Bəs səbəb nədir? Avtobusların azlığı, yoxsa sərnişinlərin çoxluğu? pizza mizza

BNA sözçüsü Mais Ağayev problemi icazə alan insanların çoxluğu ilə əlaqələndirir. Onun sözlərinə görə, təkcə ötən gün avtobuslarla 490 min sərnişin daşınıb.

Hər halda, koronavirusun əsasən insanların sıx olduğu yerlərdə daha təhlükəli olması, problemin tezliklə öz həllini tapmasını vacib edir. Əks təqdirdə tətbiq edilən karantinin nə faydası olacaq?

Baku TV-nin bununla bağlı materialını təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!