YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Bakıda “kirayə ev” adı altında tələbələri aldadan şəxs saxlanıldı - Video

Bakıda “kirayə ev” adı altında tələbələri aldadan şəxs saxlanıldı - Video

Kriminal

27 Sentyabr 2022 20:46 795


Bakıda “kirayə ev” adı altında vətəndaşları, əsasən də tələbələri aldadan şəxs saxlanılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.

Daşınmaz əmlak saytlarında “kirayə ev” adı altında elanlar yerləşdirməklə vətəndaşları kütləvi şəkildə aldadan 1993-cü il təvəllüdlü Bayram Məmmədov məsuliyyətə cəlb edilib. O ilkin ifadəsində hər gün 3 şəxsə, əsasən tələbələrə qarşı dələduzluq etdiyini etiraf edib.

Araşdırmalar davam etdirilir.

"Vətəndaşlara tövsiyə edirik ki, kirayə, yaxud digər daşınmaz əmlakla bağlı elan saytlarında tanımadıqları şəxslərə onlayn ödənişlər etməsinlər", - DİN-dən daxil olan məlumatda deyilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!