Bakıda körpəsini həyətə tullayan şəxslə bağlı qərar verildi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda körpəsini həyətə tullayan şəxslə bağlı qərar verildi

Kriminal

28 Aprel 2022 18:36 341


Yasamal Rayon Məhkəməsi qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Samir Ağakərimovla bağlı qərar elan edib.

Yenisabah.az xəbər verir ki, bu barədə onun vəkili Toğrul Şiriyev məlumat verib.

O bildirib ki, məhkəmə istintaq orqanının təqdimatını təmin edib və S.Ağakərimovun barəsində 4 ay həbs qətimkan tədbiri seçilib. pizza

Qeyd edək ki, hadisə aprelin 26-sı saat 16 radələrində paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.

Belə ki, S.Ağakərimov 1 yaşlı oğlunu evdən həyətə tullayıb. Nəticədə azyaşlı kəllə-beyin travması xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində S.Ağakərimov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi (Qəsdən sağlamlığa ağır zərər vurma - xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) ilə cinayət işi başlanılıb, istintaq aparılır./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!